Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada ”Narkomaniya bəşəriyyətin bəlasıdır”  mövzusunda tədbir keçirilib

24.10.2024

Oktyabrın 24-də Ağstafa Rayon Prokurorluğu, Rayon Polis Şöbəsi və Ağstafa rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ağstafa şəhər 1 nömrəli tam orta məktəbdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqamı”nın icrası ilə əlaqədar "Narkomaniya bəşəriyyətin bəlasıdır”  mövzusunda tədbir keçirilib. 
 
Tədbirdə Ağstafa rayon prokuroru Anar Cəfərov, Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax- Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon Sektorunun müdiri Mədəd Zeynalov, Ağstafa rayon Mərkəzi Xəstəxananın həkim-narkoloqu Vüqar Alıyev, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Ağstafa Rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verib. Bildirib ki, Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalayıb, bununla da problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Sonra çıxış edən Ağstafa rayon prokuroru Anar Cəfərov yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından söhbət açıb. Qeyd edib ki, ölkəmizdə gənc nəslin sağlam şəkildə böyüməsi üçün narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, eyni zamanda yayılmasına qarşı əsası Ulu öndər Heydər Əliyev tərəfindən aparılan mübarizənin bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Bu sahədə dövlət tərəfindən mütəmadi maarifləndirmə işləri olduqca təqdirəlayiq bir formada aparılır. Həmçinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vahid dövlət sistemi çərçivəsində hüquq mühafizə orqanları tərəfindən rayonda da müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında müvafiq profilaktik təbliğat işlərinin görüldüyünü, keçirilən tədbirlərin eyni zamanda narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin təqdirəlayiq bir iş olduğunu bildirib.

Çıxış edən Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Ağstafa rayon Mərkəzi Xəstəxananın həkimi Vüqar Alıyev, Qazax- Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayon Sektorunun müdiri Mədəd Zeynalov bildiriblər ki, respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti olduqca vacibdir. Gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, onların sağlam həyat tərzi ruhunda tərbiyə olunmasından, son zamanlar gənclərin zərərli vərdişlərə aludəçiliyin artması səbəblərindən, sözügedən problemə müasir formada yanaşma tərzindən, ailədə yaranan sosial-psixoloji amillərin yeniyetmələrə təsirindən bəhs edilib.   

Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Tədbirdə narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarx nümayiş edilib.